"Gürcüstan Avropadır" - Tbilisidə etiraz yürüşü keçirilir
Tbilisidə "İvanişvilisiz Gürcüstan" və "Gürcüstan Avropadır" şüarları altında etiraz yürüşü keçirilir.
Redaktor.az xəbər verir ki, bu barədə "Georgia Online" məlumat yayıb.
Tədbir Gürcüstan hakimiyyətinin Avropaya inteqrasiya prosesini 2028-ci ilin sonuna qədər dayandırmaq qərarının ikinci ildönümünü qeyd edir.
İştirakçılar paytaxtın üç mərkəzi yerində - Tbilisi Dövlət Universiteti, Orbeliani Meydanı və Avlabari metro stansiyasında toplaşıblar.













