Soçiyə eniş edən sərnişin təyyarəsini ildırım VURDU

 11:18 29.11.2026     58

Soçiyə yaxınlaşarkən "Yamal" Hava Yollarına məxsus "Airbus A320" sərnişin təyyarəsini ildırım vurub.

Redaktor.az SHOT teleqram kanalına istinadən xəbər verir ki, hadisəyə baxmayaraq, ekipaj təyyarəni təhlükəsiz şəkildə yerə endirməyə nail olub.

Məlumata görə, Tümendən havaya qalxan təyyarə Adler hava limanına eniş edərkən təxminən 400 metr yüksəklikdə heyət parlaq işıq və güclü partlayış səsi eşidib. Buna baxmayaraq, pilotlar enişi uğurla tamamlayıblar.

Enişdən sonra aparılan texniki baxış zamanı hava gəmisinin burun hissəsində boyanın soyulduğu və zədələndiyi məlum olub. Yerində müvəqqəti təmir işləri aparıldıqdan sonra təyyarənin əsaslı təmir olunana qədər istismarına icazə verilib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən