“Üçtərəfli müdafiə sazişi heç bir ölkəyə qarşı yönəlməyib” - Şahbaz Şərif
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişi heç bir ölkəyə qarşı yönəlməyib.
Redaktor.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif deyib.
O, paktın heç bir təcavüzkar niyyət daşımadığını vurğulayıb. Ş.Şərif ötən il Ər-Riyadda Səudiyyə Ərəbistanı ilə strateji müdafiə sazişinin, bu il isə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında üçtərəfli müdafiə sazişinin imzalandığını xatırladıb.













