Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərdi
Pakistan krallığın müdafiəsini gücləndirmək məqsədilə Səudiyyə Ərəbistanına hərbi kontingent göndərir.
Redaktor.az xəbər verir ki, bu barədə Pakistanın hərbi qurumu açıqlama verib.
Hərbi qüvvələr ikitərəfli müdafiə əməkdaşlığı çərçivəsində öz vəzifələrini yerinə yetirəcəklər. Bu qərar İslamabadın Səudiyyə Ərəbistanının suverenliyini, eləcə də Məkkə və Mədinədəki İslamın müqəddəs məkanlarını qorumaq öhdəliyini bir daha təsdiqləyir.
Yerləşdirilmə müddətləri və ya əraziləri ilə bağlı heç bir məlumat verilmir.













