İran Türkiyə ilə uçuşların dayandırılması xəbərlərini təkzib ETDİ

 16:18 29.11.2026     43

İran Türkiyə ilə hava əlaqəsinin dayandırılması ilə bağlı yayılan məlumatları təkzib edib.

Redaktor.az IRIB xəbər agentliyinə istinadən xəbər verir ki, İranın Mülki Aviasiya Təşkilatı iki ölkə arasında birbaşa uçuşların hər iki istiqamətdə qrafikə uyğun şəkildə davam etdirildiyini açıqlayıb.

Qurumun sözçüsünün sözlərinə görə, "Iran Air", "Iran Aseman Airlines" və "Caspian Airlines" də daxil olmaqla ondan çox İran aviaşirkəti hər gün İstanbul, Ankara və Van şəhərlərinə birbaşa reyslər həyata keçirir.

Qeyd edək ki, bu açıqlama Türkiyənin yerüstü xidmət göstərən "FUGO" şirkətinin hava limanlarında fəaliyyətini dayandıracağını elan etməsindən sonra verilib. Belə ki, İran aviaşirkətlərinə xidmət göstərdiyi üçün ABŞ tərəfindən sanksiyalara məruz qalan sözügedən şirkətin fəaliyyətini dayandırması uçuşların taleyi ilə bağlı qeyri-müəyyənlik yaratmışdı.

"Flightradar24" uçuş izləmə xidmətinin məlumatına əsasən, şənbə günü səhər saatlarında Tehrandan Türkiyəyə uçan sərnişin təyyarəsi də qrafik üzrə havaya qalxıb.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən