Türkiyə səfiri Gürcüstan XİN-ə çağırıldı

 18:01 29.11.2026     32

Noyabrın 29-da Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Ari, Türkiyənin "Beşiktaş" və İsrailin "Hapoel" komandaları arasında keçirilən Avropa Liqası matçında baş verən iğtişaşlarla əlaqədar olaraq Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Redaktor.az xəbər verir ki, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib ki, Tbilisi təhlükəsizlik risklərinə baxmayaraq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanaraq türk azarkeşlərinin oyuna qatılmasına icazə verib.

Lakin Gürcüstan tərəfinin məlumatına görə, müəyyən azarkeş qruplarının təxribatçı hərəkətləri stadion infrastrukturuna ziyan vurub və üç polis əməkdaşının xəsarət almasına səbəb olub.

Tbilisi ümid etdiyini bildirib ki, Ankara hadisəni lazımi qaydada qiymətləndirəcək və oxşar hadisələrin qarşısını almaq üçün tədbirlər görəcək.

Xatırladaq ki, noyabrın 27-də Türkiyə Xarici İşlər Nazirliyi türk azarkeşlərinə qarşı güc tətbiqinə etiraz olaraq Gürcüstan səfirini çağırıb.

Vumart və Güvən reklamı Vumart Güvən