CHP liderinə hücum edən AKP nümayəndəsidir

 12:43 22.04.2019     393

Ankarada CHP lideri Kamal Kılıçdaroğluna yumruq zərbəsi endirən şəxs hakim Ədalət və İnkişaf partiyasının nümayəndəsidir.

Redaktor.az xəbər verir ki, bu barədə AKP partiyasının mətbuat katibi Ömər Çəlik açıqlama verib. Onun sözlərinə görə, şübhəlinin partiyadan xaric edilməsi üçün lazımi addımlar atılır.

Xatırladaq ki, ötən gün Türkiyə-İraq sərhədində şəhid olan hərbçinin dəfn mərasimi zamanı CHP lideri bir qrup şəxs tərəfindən hücuma məruz qalıb. Hadisə ilə bağlı ümumilikdə 6 nəfər nəzarətə götürülüb.

Anar Türkeş / Redaktor.az