Şri-Lankadakı hücumları bu qruplaşma təşkil edib - Hökumətdən açıqlama

 15:39 22.04.2019     434

Şri-Lankada hücumlar 7 kamikadze tərəfindən təşkil olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Şri-Lanka hökuməti məlumat yayıb.

Hücuma görə məsuliyyəti hələki heç bir qruplaşma üzərinə götürməsə də, hakim dairələr qanlı hadisələrin “Milli Tavhid Birliyi” tərəfindən törədildiyini bəyan edib.

Xatırladaq ki, ötən gün Şri-Lankanın paytaxt Kolombo, Neqombo, Battikaloa şəhərlərindəki kilsə və otellərdə 8 partlayış törədilib.

Nəticədə 300-dən çox insan həlak olub, 500-ə yaxın yaralı var. Hücumlarla bağlı 24 şübhəli nəzarətə götürülüb.

Anar Türkeş / Redaktor.az