Ali dini lider ordu komandanını vəzifədən uzaqlaşdırdı

 15:53 22.04.2019     376

İranın Ali dini lideri Ayətullah Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Cəfərini vəzifədən uzaqlaşdırıb.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, onun yerinə baş komandanın köməkçisi Hüseyn Səlami təyin edilib.  

Qeyd edək ki, aprelin 8-də ABŞ, İran ordusunu terror təşkilatları siyahısına daxil edib. Ali dini liderin addımı bu qərarla əlaqələndirilir.

Anar Türkeş / Redaktor.az