Filippində güclü zəlzələ baş verdi - - Ölənlər var

 17:22 22.04.2019     583

Filippində baş verən zəlzələ nəticəsində azı 6 nəfər həyatını itirib.

Redaktor.az xəbər verir ki, çox sayda yaralı var. 20 nəfər dağıntılar altından xilas edilib.

**

Filippində rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş verib.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri paytaxt Maniladan 60 km məsafədə, yerin 40 km dərinliyində yerləşib. Dağıntı və tələfat barədə məlumat verilmir.  Yeraltı təkanlar paytaxt sakinləri arasında ciddi həyəcan yaradıb.

Otellər, ticarət mərkəzləri və məktəblərdəki insanlar təxliyə edilib.

Anar Türkeş / Redaktor.az