ABŞ İranla bağlı güzəştləri ləğv etməyə hazırlaşır

 14:55 22.04.2019     369

ABŞ İrana qarşı tətbiq olunan sanksiyalarla bağlı 8 ölkəyə edilən güzəştləri ləğv etməyə hazırlaşır.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki güzəştlərin mayın 2-dən etibarən ləğv ediləcəyi gözlənilir.  Məlumata görə, yaxın saatlarda dövlət katibi Mayk Pompeo məsələ ilə bağlı açıqlama verərək, güzəştlərin ləğv olunacağını diqqətə çatdıracaq.

Qeyd edək ki, ABŞ İranla imzalanmış nüvə sazişini təktərəfli pozaraq, bu ölkəyə qarşı sanksiyalar tətbiq edib. Lakin bəzi tələbləri nəzərə alan Vaşinqton, 8 ölkəyə İrandan müvəqqəti neft idxal etməyə icazə verib. Həmin ölkələr arasında Türkiyə, Yaponiya, İtaliya, Yunanıstan, Hindistan və digər dövlətlər var.

Anar Türkeş / Redaktor.az