"Ukrayna ilə əlaqələrin normallaşması üçün hələ də imkan var" - Medvedyev

 18:02 22.04.2019     531

“Rusiya ilə Ukrayna arasında əlaqələrin normallaşması üçün hələ də imkan var”.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedyev, Vladimir Zelenskinin prezident seçkilərində qələbə qazanmasına belə münasibət bildirib. Onun sözlərinə görə, əlaqələrin yaxşılaşması üçün ölkənin şərqindəki vəziyyət də daxil olmaqla bütün siyasi məsələləri diqqətə almaq lazımdır.

“Problemlərin həlli üçün praqmatik və məsuliyyətli yanaşmaya ehtiyac var”  - deyə hökumət başçısı bildirib.

Anar Türkeş / Redaktor.az