Ölkə ŞOKDA: Avtobus terminalında 87 partlayıcı tapıldı

 16:34 22.04.2019     376

Şri-Lankada Kolombo kilsəsi yaxınlığında daha bir partlayış baş verib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə mütəxəssislər partlayıcı qurğunu zərərsizləşdirməyə çalışarkən qeydə alınıb.

Tələfata dair məlumat yoxdur. Bundan əlavə, paytaxt Kolombadakı avtobus terminalında 87 partlayıcı tapılıb.

Xatırladaq ki, ötən gün Kolombo, Neqombo, Battikaloa şəhərlərindəki kilsə və otellərda 8 partlayış törədilib. 300-dən çox insan həlak olub, 500-ə yaxın isə yaralı var.

Anar Türkeş / Redaktor.az