İki müsəlman ölkəsi birgə ORDU YARADIR

 16:19 22.04.2019     842

“İran və Pakistan birgə ordu yaradır”.

Redaktor.az xəbər verir ki, Tehranda İran prezidenti Həsən Ruhani Pakistanın baş naziri İmran Xanla təşkil olunan birgə mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, “Təcili Müdaxilə Qüvvələri” adlı hərbi birləşmə iki ölkənin sərhədində xidmət edəcək. Hərbi birləşmənin tərkibində sərhəd mühafizəçiləri və hərbi kəşfiyyatçılar yer alacaq.

Onların vəzifəsi sərhəddə təhlükəsizliyi qorumaq olacaq.

Qeyd edək ki, İranda son aylarda baş verən terror aktları Pakistanla sərhəd bölgədə təhlükəsizlik tədbirlərinin zəif olmasıyla əlaqələndirilir.

Anar Türkeş / Redaktor.az