İranla bağlı güzəştlərin vaxtı UZADILMAYACAQ - Tramp ELAN ETDİ

 17:05 22.04.2019     461

ABŞ prezidenti Donald Tramp İranla bağlı güzəştlərin müddətini uzatmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Ağ ev” dən yazılı açıqlama verilib. Rəsmi məlumatda bildirilib ki, məqsəd İranın əsas gəlir mənbəyi hesab olunan neft ixracını sıfıra endirməkdir. ABŞ və müttəfiqləri Tehrana qarşı iqtisadi təzyiqi ən yüksək səviyyədə davam etdirəcək. Güzəştlərin müddəti mayın 2-də bitir.

Qeyd edək ki, ABŞ İranla imzalanmış nüvə sazişini təktərəfli pozaraq, bu ölkəyə qarşı sanksiyalar tətbiq edib. Lakin bəzi tələbləri nəzərə alan Vaşinqton, 8 ölkəyə İrandan müvəqqəti neft idxal etməyə icazə verib. Həmin ölkələr arasında Türkiyə, Yaponiya, İtaliya, Yunanıstan, Hindistan və digər dövlətlər var.

Anar Türkeş / Redaktor.az