Devrilmiş prezident Zelenskini təbrik, Poroşenkoya qarğış etdi

 18:30 22.04.2019     332

Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç Vladimir Zelenskini prezident seçkilərində qalib gəlməsi münasibətiylə təbrik edib.

Redaktor.az Ria Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının mətbuat katibi Yuriy Karasir sosial media hesabı vasitəsiylə açıqlama verib. Təbrik mətnində deyilir: “Ölkəmiz üçün çətin keçən dövrdə ukraynalılar bu vəzifəni sizə etibar etdilər.

Ölkəmizin bu vəziyyətə düşməsində günahkar Pyotr Poroşenkodur. Seçicilər öz qərarıyla onun hökmünü verdilər.  Lakin yəqin ki, tarix özünün daha ağır hökmünü verəcək”.

Yanukoviç ümid edir ki, Zelenski ölkəyə sülh gətirəcək, xalqı bir mərkəz altında birləşdirəcək. 

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası səslərin 96 faizinin sayıldığını açıqlayıb. Vladimir Zelenski 73.2 faiz, Pyotr Poroşenko isə 24.5 faiz səs toplayıb.

Anar Türkeş / Redaktor.az