"ABŞ Türkiyəyə sanksiya tətbiq edə bilər" - Senatordan açıqlama

 21:49 22.04.2019     389

“Əgər Türkiyə Rusiyadan "S-400" zenit raket sistemlərini almaqdan imtina etməsə, ABŞ-ın sanksiyaları ilə üzləşə bilər”.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri amerikalı senator-demokrat Bob Menendes bildirib.

Senator Amerika Birləşmiş Ştatlarının öz hərbi bazasını Türkiyədən Yunanıstana köçürə biləcəyini sözlərinə əlavə edib. Menendes ABŞ istehsalı olan "F-35" qırıcı təyyarələrinin Türkiyəyə verilməsi məsələsini də təkzib edib. 

“Bizim 5-ci nəsil müasir "F-35" qırıcılarımızla "S-400" raketləri bir yerdə ola bilməz. Bu konqressdə hər iki partiyanın qəti mövqeyidir”-, Deyə Menendes vurğulayıb.

Rüfət Xəlil / REDAKTOR.AZ