Çindən İrana dəstək - Vaşinqtonun sanksiyası sərt tənqid edildi

 22:03 22.04.2019     410

Pekin Vaşinqtonun İrana qarşı tətbiq etdiyi neft sanksiyasını sərt tənqid edib.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Qen Şuan məlumat verib.

“ Çinin İranla münasibətləri məntiqi və qanunidir. Biz Amerika Birləşmiş Ştatlarının birtərəfli sanksiyasının əleyhinəyik. Pekin öz neft şirkətlərinin maraqlarını sonadək qoruyacaq”,-deyə mətbuat katibi qeyd edib.

Rüfət Xəlil / REDAKTOR.AZ