Vladimir Putin Zelenskini təbrik edəcək? - Kremldən açıqlama

 22:18 22.04.2019     397

Vladimir Putinin Ukraynanın yeni seçilmiş prezidentini təbrik etməsindən və əməkdaşlıqdan danışmaq hələ tezdir.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Mətbuat katibinin sözlərinə görə, Prezident Vladimir Putinin Ukraynanın yeni seçilmiş Prezidentini təbrik etməsindən və onunla birgə işləyib-işləməyəcəyindən danışmaq tezdir:

"Rusiya dövlət başçısının yeni seçilmiş Prezident Vladimir Zelenski ilə birgə işləyib-işləməyəcəyi onun konkret işlərindən və konkret addımlarından asılıdır",-deyə Peskov qeyd edib.

Rüfət Xəlil / REDAKTOR.AZ