Avtobus dərəyə yuvarlandı - 11 ölü, 10 yaralı

 00:16 23.04.2019     327

Boliviyada paytaxt La Pasdan Karanaviyə gedən sərnişin avtobusu dəhşətli qəzaya uğrayıb.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, avtobusun dağ yolunda təxminən 100 metrlik uçuruma yuvarlanması nəticəsində azı 11 nəfər həlak olub, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 Məlumata görə, faciə aprelin 22-nə keçən gecə baş verib. Qəzanın səbəbləri hələlik məlum deyil.

Rüfət Xəlil / REDAKTOR.AZ