"Mən mütləq ölkəyə qayıdacağam" - Ukraynalı milyarder

 01:27 23.04.2019     424

"Prezident seçkilərinin nəticələrinin rəsmi elan edilməsindən sonra vətənə qayıtmaq niyyətindəyəm".

Redaktor.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ukraynalı milyarder İqor Kolomoyski açıqlamasında deyib.

“Bəli, mən mütləq ölkəyə qayıdacağam, amma bu, prezident seçkilərinin nəticələrinin rəsmi elan olunmasından əvvəl baş verməyəcək”, - Kolomoyski bəyan edib.

Qeyd edək ki, bir müddət əvvəl İsraildə yaşayan İqor Kolomoyski Vladimir Zelenski prezident seçiləcəyi təqdirdə Ukraynaya qayıdacağını demişdi. Onun Zelenskinin himayədarı olduğu bildirilir.

Rüfət Xəlil / Redaktor.az