“Nə qədər ki, Poroşenko prezidentdir, başqa cavab gözləmirdim" - Saakaşvili

 05:33 23.04.2019     440

"Ukrayna Dövlət Sərhəd Xidmətinin rədd cavabını gözləyirdim".

Redaktor.az "Russia Today" agentliyinə istinadən xəbər verir ki, bunu Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Feysbuk səhifəsində yazıb.

“Nə qədər ki, Petro Poroşenko ölkənin prezidentidir, mən başqa cavab gözləmirdim. Eybi yox, neçə ay gözləmişəm, bir az da dözərəm”, - Saakaşvili bildirib.

Qeyd edək ki, Ukrayna Dövlət Sərhəd Xidməti Mixail Saakaşvilinin ölkəyə qayıtmaqla bağlı müraciətinə rədd cavabı verib.

Rüfət Xəlil / REDAKTOR.AZ