İstanbulda 4 mərtəbəli bina çöküb

 08:43 23.04.2019     451

İstanbulun Kağıthane rayonunda dördmərtəbəli yaşayış binası çöküb.

Redaktor.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 14:15-də baş verib, binanın çökməsi nəticəsində xəsarət alan olmayıb.

Bildirilir ki, binanın sakinləri daha əvvəl təxliyə edilib.

Bundan əlavə, yaxınlıqdakı 10 yaşayış binasının sakinləri də təxliyə edilib.