Türkiyədə yeraltı təkanlar qeydə alınıb - 4,3 Bal

 08:59 23.04.2019     438

Türkiyənin Muğla vilayətinin Ula rayonunda 4.3 bal gücündə zəlzələ baş verib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Hallar Nazirliyi yeraltı təkanların yerli vaxtla saat 22:36-da yerin 6.9 kilometr dərinliyində baş verdiyini açıqlayıb.

Dağıntılarla bağlı açıqlama verilməyib.

Rüfət Xəlil / Redaktor.az