Venesuela Prezidenti rusları təbrik etdi - Leninin ad günü münasibəti ilə

 09:07 23.04.2019     446

Venesuela prezidenti Nikolas Maduro Vladimir İliç Leninin ad günü münasibəti ilə Rus xalqını təbrik edib.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Maduro bu haqda öz "Twitter" hesabında yazıb.

"Rusiyalıları Vladimir İliç Ulyanovun 149-cu ad günü münasibəti ilə təbrik edirəm. Biz böyük inqilabi liderə layiq olduğu irsi yaşatmağa çalışırıq. Lenin bu gündə canlı tarix olaraq aramızda yaşayır" - deyə Maduro qeyd edib

Rüfət Xəlil / Redaktor.az