Rusiyanın yeni silahı: "Şəhər qatili" təqdim olundu

 13:59 23.04.2019     442

Rusiya yeni “Belgorod” adlı hərbi sualtı qayığını təqdim edib.

Redaktor.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu, indiyə qədər istehsal olunan ən uzun sualtı qayıqdır. Gəminin uzunluğu 185 metrdir. Gəmi bir şəhəri yox edə biləcək qədər silahlarla təchiz olunub.

Bu üzdən ona “Şəhər qatili”də deyilir. Yeni sualtı qayığa 6 torpeda yerləşdirilib.

Anar Türkeş / Redaktor.az