Generalın ordusu nəzarəti əldən verir - Liviyada son vəziyyət

 14:29 23.04.2019     450

Liviyada Milli Birlik Hökumətinə bağlı qüvvələr Tripoli hava limanının böyük hissəsini azad edib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, toqquşmalar zamanı general Xəlifə Haftarın nəzarətindəki silahlılar xeyli itki verərək, geri çəkilmək məcburiyyətində qalıblar.

Hökumətə bağlı qüvvələr 3 istiqamətdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, aprelin 4-də Xəlifə Haftar paytaxt Tripolinin ələ keçirilməsi üçün əmr vermişdi.

Anar Türkeş / Redaktor.az