Şri-Lankadakı terror hücumlarına görə məsuliyyəti İŞİD üzərinə götürdü - VİDEO

 14:59 23.04.2019     350

Şri-Lankada törədilən terror aktlarına görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Röyters agentliyi məlumat yayıb.

Xatırladaq ki, hökumət hücumların “Milli Tahvid Birliyi” adlı qruplaşma tərəfindən təşkil olunduğunu açıqlamışdı.

Kilsə və otellərdə törədilən terror aktları zamanı 310-dan çox insan həlak olub. 500-ə qədər yaralı var.

Anar Türkeş / Redaktor.az