Generaldan ikinci əmr: Paytaxtı ələ keçirin

 17:38 23.04.2019     477

Liviyada Xəlifə Haftara bağlı silahlılar paytaxt Tripolini ələ keçirmək üçün əməliyyatların ikinci mərhələsinə başlayıb.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, silahlılar əməliyyatlar zamanı ağır hərbi texnikadan istifadə edir. Döyüşlər zamanı ümumilikdə 260-a qədər insan həlak olub.

Qeyd edək ki, Haftar paytaxtı ələ keçirmək üçün ilk əmri aprelin 4-də vermişdi. Lakin Milli Birlik hökumətinə bağlı ordu, silahlıların qarşısını kəsərək onları ağır məğlubiyyətə uğradıb.

Anar Türkeş / Redaktor.az