İran ABŞ-a cavab verdi - Mərkəzi Komandanlıq terror təşkilatı elan edilir

 19:43 23.04.2019     396

Iran-ABŞ münasibətləri gərginləşməkdə davam edir.

Redaktor.az "İrna" agentliyinə istinadən xəbər verir ki, İran parlamenti ABŞ-ın Mərkəzi komandanlığını hədəf alıb.

ABŞ-ın İnqilab keşikçiləri korpusunu terror təşkilatları siyahısına salamasına cavab olaraq İran parlamentinin deputatları Birləşmiş Ştatların Mərkəzi komandanlığını terror təşkilatı elan edən qanun  layihəsi hazırlayıblar.

Parlamentdə müzakirəyə çıxarılan qanun layihəsinə 173 nəfər lehinə səs verib. 4 nəfər əleyhinə, 11 nəfər isə bitərəf qalıb.

Rüfət Xəlil / REDAKTOR.AZ