"Onlar həqiqətən xalqın düşmənləridir!" - Trampdan sərt ittiham

 20:31 23.04.2019     392

ABŞ Prezidenti Donald Tramp "The New York Times" nəşrini növbəti dəfə ittiham edib.

Redaktor.az "Tass" agentliyinə istinadən xəbər verir ki, Tramp nəşri hədəf alan sözləri öz "Twitter" hesabında yazıb.

“Maraqlıdır, görəsən "The New  York Times" məndən ikinci dəfə üzr istəyəcək ? Onlar birinci dəfə 2016-cı il prezident seçkilərindən sonra bunu etmişdilər. Lakin bu dəfə gərək diz çöküb üzr istəsinlər. Onlar həqiqətən xalqın düşmənləridir !”,-deyə Tramp bəyan edib.

Qeyd edək ki, ABŞ prezidenti hansı məsələ ilə bağlı qəzeti ittiham etdiyini açıqlamayıb.

Rüfət Xəlil / REDAKTOR.AZ