Ukraynada Prezident seçkilərinin yekun nəticələri açıqlanıb

 21:32 23.04.2019     369

Ukrayna Mərkəzi Seçki Komissiyası aprelin 21-də keçirilmiş prezident seçkisinin ikinci turunun yekun nəticələrini açıqlayıb. 

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Vladimir Zelenski səslərin 73,22 faizini toplayaraq qələbəsini təmin edib. Hazırkı dövlət başçısı Petro Poroşenko isə 24,24 faiz səs toplayıb.

Bületenlərin 2,31 faizi də etibarsız hesab olunub.

Rüfət Xəlil / REDAKTOR.AZ