Ermənilər Türkiyənin bayrağını yandırdı - Növbəti VƏHŞİLİK

 21:47 23.04.2019     877

Ermənistanın paytaxtı İrəvanda “Saxta erməni genosid”inin ildönümünə həsr olunmuş  tədbirlərə start verilib.

Redaktor.az News.am agentliyinə istinadən verir ki, anım tədbiri paytaxtın “Azadlıq” meydanında başlayıb. Aksiyaçılar məşəllərlə mərkəzi meydanda yürüş təşkil ediblər.

Ermənilər bu dəfə də ənənəvi vəhşiliklərinə və düşmən mövqelərinə sadiq qalaraq qardaş Türkiyənin bayraqlarını yandırıblar.

Qeyd edək ki, Daşnaksütyun partiyasının təşkilatçılığı ilə keçirilən anım tədbirləri İran, Livan, ABŞ və Argentinada da təşkil olunacaq.

Rüfət Xəlil / REDAKTOR.AZ