Fransada daha bir yanğın - Bu dəfə VERSALDA

 22:23 23.04.2019     404

Fransanın Versal şəhərində güclü yanğın başlayıb.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "Tvitter" istifadəçiləri məlumat yayıb.

Yanğının məşhur saray və park kompleksinin yaxınlığında yerləşən avtomobil anbarında baş verdiyi qeyd olunub.

 Hazırda əraziyə çox sayda yanğınsöndürən cəlb edilib.

Yanğının baş verdiyi Park-de-Klani küçəsində hərəkət məhdudlaşdırılıb.

Qeyd edək ki, Versal sarayı 1666-1789 cu illər ərzində Fransız monarxlarının rəsmi iqamətgahı olub.

Rüfət Xəlil / REDAKTOR.AZ