Türkiyə Parlamentində himn qalmaqalı - Ərdoğan məclisi tərk etdi

 23:52 23.04.2019     367

TBMM-də rəsmi qəbul keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstiqlal marşını oxumayan HDP-çi deputatlara hiddətlənib.

Redaktor.az Habertürk-ə istinadən xəbər verir ki, HDP həmsədri Pərvin Buldan çıxışına başlayan zaman prezident TBMM-in iclas zalını vaxtından əvvəl tərk edib.

Parlament salonunda jurnalistin “Tez gedirsiniz?” sualına dövlət başçısı belə cavab verib:

“Necə getməyək? İstiqlal marşını parlamentdə oxumayanları dinləyək? Mənim Məhmədlərimi şəhid edənlərimi dinləyək? Onlarla qol-qola gəzənləri, çiyin-çiyinə dayananları dinləyək? Əgər sizlər də buna normal yanaşırsınıza deyəcək sözüm yoxdur artıq. Amma mənim nə vicdanım, nə xarakterim, nə də bu torpaq altında yatan şəhidlərin ruhu bu münasibəti qəbul edər. Ona görə də onlara dinləyə bilmərəm”-, deyə Prezident etiraz edib.

Rüfət Xəlil / REDAKTOR.AZ