Misir prezidentinin fəaliyyət müddəti uzadılıb
Misirdə keçirilən ümumxalq referendumunda seçicilər səs çoxluğu ilə ölkə konstitusiyasına düzəlişlərin edilməsini dəstəkləyiblər.
Dəyişikliklərdən biri hazırkı dövlət başçısı Əbdül Fəttah Əs-Sisinin prezidentlik müddətinin uzadılmasını nəzərdə tutur.
Redaktor.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Seçki Komissiyasının sədri Lyaşin İbrahim bəyan edib.
"Düzəlişlərə seçicilərin 88,33% səs verib. Seçkilərdə iştirak 44,33% təşkil edib", - deyə komissiya sədri Qahirədə keçirilən mətbuat konfransında bildirib.
Bazar ertəsi Misirdə ölkə konstitusiyasına hazırkı dövlət başçısı Əs-Sisiyə 2030-cu ilədək öz postunda qalmaq və səlahiyyətlərini genişləndirmək imkanı verən düzəlişlərin edilməsi üzrə səsvermə başa çatıb.
Düzəlişlər ümumxalq referendumunun nəticələri elan olunduqdan dərhal sonra qüvvəyə minir.
Beləliklə, indi Misirdə prezidentlik müddəti 4 ildən 6 ilə qədər artırılmış olub.
Rüfət Xəlil / REDAKTOR.AZ