"Kimlərinsə sifarişi ilə heç vaxt dəyişiklik etmərəm" - Ərdoğandan vacib açıqlamalar

 01:38 24.04.2019     296

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə amerikalı həmkarı Donald Trampla görüşəcəyini istisna etməyib.

Redaktor.az Milliyet.com-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində rəsmi qəbul keçirən Ərdoğan hökumətdəki yerdəyişmələrlə də bağlı səslənən iddialara münasibət bildirib.

“Heç vaxt bununla bağlı açıqlama verməmişəm. Media, yaxud kimlərsə istədi deyə, hər dəfə hökumət dəyişikliyi yolunu tutsaq, sabitlik deyə bir şey qalmaz. Əgər dəyişiklik lazımdırsa, onu edərik. Lakin kimlərinsə sifarişi ilə heç vaxt dəyişiklik etmərəm, elə bir adətim yoxdur”, - deyə Ərdoğan bildirib.

Rüfət Xəlil / REDAKTOR.AZ