Kılıçdaroğluna hücum edən şəxs prokurorluğa aparıldı

 04:53 24.04.2019     373

Ankaranın şəhid ziyarəti zamanı CHP lideri Kamal Kılıçdaroğluna zərbə endirən Osman Sarıgün jandarmdakı dindirilmədən sonra prokurorluğa aparılıb.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, prokurorluq binasına arxa qapıdan gətirilən Sarıgünün ifadəsi alınıb.

Qeyd edək ki, Ankaranın Çubuk ilçəsində K.Kılıçdaroğluna hücumla bağlı 9 nəfər saxlanılmışdı.

Sözügedən O.Sarıgün isə partiya sədrinə yumruq zərbəsi endirən zaman kameralara tuş gəlmişdi

Rüfət Xəlil / REDAKTOR.AZ