Miqran Poqosyan Rusiyada həbs olunub

 07:14 24.04.2019     428

Rusiya məhkəməsi Ermənistanın sabiq baş məhkəmə icraçısı və deputatı Miqran Poqosyanı öz ölkəsinə ekstradisiya etmək məsələsini nəzərdən keçirmək üçün 40 gün müddətinə həbs edib.

Redaktor.az RİA "Novosti"-yə istinadən  xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun İctimaiyyətlə ələqalər şöbəsinin rəhbəri Arevik Xaçatryan məlumat yayıb.

O əlavə edib ki, Ermənistan Baş Prokurorluğu ekstradisiya üçün lazım olan bütün sənədləri Rusiya tərəfinə təhvil verib.

Poqosyan daha əvvəl Ermənistanda xidməti vəzifəsindən sui-istifadə edərək israfçılıq yolu ilə dövlət əmlakının xüsusi böyük həcmdə mənimsənilməsində ittiham olunaraq axtarışa verilib.

Rüfət Xəlil / REDAKTOR.AZ