Hindistanda güclü zəlzələ olub - 5,9 bal

 08:33 24.04.2019     359

Hindistanın Arnaçal-Pradeş bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq Seymoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar UTC vaxtı ilə 20:15-də qeydə alınıb.

Zəlzələnin episentri Alonq şəhərindən 41 km şimal-qərbdə, İtanaqar şəhərindən isə 175 km şimal-şərqdə qeydə alınıb.

Dağıntı və tələfatla bağlı məlumat verilmir.

Rüfət Xəlil / REDAKTOR.AZ