İraqda rüşvət QALMAQALI - Büdcə talanıb

 11:18 24.04.2019     415

İraqın Mosul şəhərində yerli qurumun nümayəndələri 60 milyon dollar mənimsəyib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mosulun keçmiş valisi Nofəl Həmməd Aquba yaxınlığı ilə bilinən şəxslər müxtəlif yollarla külli miqdarda vəsaiti ələ keçirib. Onların bir hissəsi rüşvət yoluyla əldə edilib.

Qeyd edək ki, Nofəl Həmməd Aquba martın 21-də 100 nəfərin ölümü ilə nəticələnən gəmi qəzasından sonra postundan uzaqlaşdırıb.

Pulların mənimsənildiyi də məhz bundan sonra aparılan araşdırmalar nəticəsində üzə çıxıb. 

Anar Türkeş / Redaktor.az