Hökumət etiraf etdi: İŞİD-in terror hücumlarıyla əlaqəsi var

 12:24 24.04.2019     503

Şri-Lankada törədilən terror aktları nəticəsində ölənlərin sayı 360 nəfərə çatıb, 500-ə yaxın yaralı var.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, baş nazir Ramil Vikramasinqhe hüquq-mühafizə orqanlarında ciddi islahatların aparılacağını bəyan edib. Hökumət başçısı İŞİD terror təşkilatının qanlı hadisələrlə əlaqəsinin ola biləcəyini istisna etməyib. Buna qədər isə hökumət hücumlara görə məsuliyyəti yerli “Milli Tahvid Birliyi” adlı qruplaşmanın üzərinə atmışdı.

Xatırladaq ki, otel və kilsələrdə törədilən partlayışlara görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Anar Türkeş / Redaktor.az