Kim Çen In Rusiyada - VİDEO

 12:41 24.04.2019     510

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Vladivostok şəhərinə səfər edib.

Redaktor.az İxlas xəbər agentliyinə istinadən məlumat verir ki, o, sabah prezident Vladimir Putinlə görüşəcək. Kim Çen In Rusiya mediasına müsahibəsində səfərdən məmnunluq ifadə edib. Növbəti dəfə Rusiyaya səfər etmək niyyətində olduğunu bildirib.

Prezidentin köməkçisi Yuriy Uşakovun sözlərinə görə, liderlər arasında müzakirə olunacaq əsas məsələ Koreya yarımadasının diplomatik yollarla nüvəsizləşdirməsi olacaq.

Anar Türkeş / Redaktor.az