Ruhani şərtini AÇIQLADI: ABŞ üzrxahlıq etməlidir

 14:15 24.04.2019     403

İran prezidenti Həsən Ruhani ABŞ-la dialoqa başlamaq üçün şərtini açıqlayıb.

Redaktor.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, o bildirib ki, Vaşinqton sanksiyaları ləğv edərsə, Tehran danışıqlar masasına əyləşməyə hazırdır. Dövlət başçısı həmçinin ABŞ-dan qanunsuz davranışlarına görə üzrxahlıq etməsini tələb edib.

“40 ildir İrana qarşı həmlələr edirlər. Əvvəllər olduğu kimi yenə də uğursuzluğa düçar olacaqlar” -  deyə Ruhani bəyan edib.

Anar Türkeş / Redaktor.az