Şri-Lankadakı terror aktları ilə bağlı ŞOK DETALLAR ORTAYA ÇIXDI

 18:22 24.04.2019     514

Şri-Lankada 360 nəfərin ölümü ilə nəticələnən terror aktları ilə bağlı yeni iddialar ortaya atılıb.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücumları təşkil edən kamikadzelərdən 3-nün varlı ailənin övladları olduğu iddia edilir. Həmin 3 şəxsin İlham İbrahim və onun həyat yoldaşı Fatimə və qardaşı İnşaf olduğu bildirilir.

Onlar paytaxt Kolombodakı dəyəri 2 milyon dollar olan evdə yaşayırmış. Yerli xalq qardaşları iş adamı milyonçu Yunus İbrahimin övladları  kimi təqdim edib.

Anar Türkeş / Redaktor.az