Suriyada partlayış - Ölənlər və yaralananlar var

 08:29 25.04.2019     516

Suriyanın Daraa əyalətində terrorçular tərəfindən qoyulmuş mina partlayıb.

Redaktor.az "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 uşaq həlak olub, 2 nəfər isə yaralanıb.

Bildirilir ki, insident nəticəsində həlak olanlar və yaralananlar bir ailənin üzvləri olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Suriyada belə insidentlər tez-tez baş verir. Yaşayış məntəqələrini tərk edən terrorçular yaşayış binalarına və digər yerlərə partlayıcı qurğular yerləşdirirlər.