Putin və Kim Çen In BİR ARADA - Tarixi SAMMİT / VİDEO

 10:25 25.04.2019     545

Rusiyanın Vladivostok şəhərində prezident Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen In arasında görüş olub.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, təkbətək görüşdən əvvəl mətbuata açıqlama verən liderlər əməkdaşlıqlarının genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər. Kreml rəhbəri bildirib ki, Kim Çen Inla Koreya yarımadasındakı gərginliyin aradan qaldırılmasının yollarını müzakirə edəcək:

“Moskva Şimali Koreyanın Cənubi Koreya və ABŞ-la əlaqələri yaxşılaşdırmak üçün göstərdiyi səyləri məmuniyyətlə qarşılayır.

Şimali Koreya lideri isə Rusiya səfərinin əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini ifadə edib:

“Koreya yarımadasındakı vəziyyət dünyanın diqqətini çəkir. Ümid edirəm ki, bu görüş vəziyyəti müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün vacib olacaq”.

Qeyd edək ki, bu Rusiya və Şimali Koreya liderləri arasında ilk sammitdir.

Anar Türkeş / Redaktor.az