Kanada "ZİBİLƏ DÜŞÜB" - Müharibə ilə hədələdilər

 14:36 25.04.2019     448

Filippinlə Kanada arasında davam edən “məişət tullantıları problemi” diplomatik gərginliyə yol açıb.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, prezident Rodriqo Duterte Ottavadan tullantıları geri aparmağı tələb edib. Onun sözlərinə görə, Kanada tullantıları geri qəbul etməsə, Filippin müharibə elan edə bilər.

Qeyd edək ki, 2013-2014-cü ildə Kanada Filippinə 2 ton tullantı ixrac edib. Bu tullantıların yenidən emal edilməsi nəzərdə tutulsa da, qalıqların yararlı olmadığı iddia edilir.

Anar Türkeş / Redaktor.az