Yəməndə Husi üsyançıları strateji ərazini ƏLƏ KEÇİRDİ

 18:15 25.04.2019     362

Yəməndə Husi üsyançıları Duvran bölgəsini ələ keçirib.

Redaktor.az “Trthaber”ə istinadən xəbər verir ki, Dali və Taiz şəhərləri arasında yerləşən ərazi strateji əhəmiyyətə malikdir.

Toqquşmalar zamanı hökumət qüvvələri 15 itki verib. Üsyançıların da çox sayda itki verdiyi bildirilir.

Anar Türkeş / Redaktor.az