MHP-dən AKP-çiyə qarşı ETİRAZ

 22:08 25.04.2019     454

Türkiyənin Elazığ şəhərinin Palu ilçəsinin bələdiyyə sədri seçilən AKP-çi Əfrayim Ünalın mazbatası (başqanlıq vəsiqəsi) MHP-nin etirazı ilə geri alınacaq.

Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Yeniakit.com.tr” məlumat yayıb.

Belə ki, MHP tərəfi Ali Məhkəmənin Ünal barəsində qərarı olduğunu, onun açıqlanmayan səbəbdən məsuliyyətə cəlb edildiyini əsas gətirərək sədrliyinin ləğvini tələb edib.

Məsələyə baxan Ali Seçki Qurumu (ASQ) MHP-nin bu etirazını qəbul edib və yenicə sədr olmuş Ünalın başqanlıq vəsiqəsinin geri alınacağını bəyan edib.